banner
banner

Gündəm

Bağlanış mərasiminə kim gələcək?

Bağlanış mərasiminə kim gələcək?

İyun ayının 28-də keçiriləcək Avropa Oyunlarının bağlanış mərasimində dövlət başçıları iştirakı gözlənilmir. Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib. 

"Bağlanış tədbirində dövlət başçılarının iştirakı gözlənilmir. Lakin müəyyən ölkələrin baş nazir, baş nazir müavini, parlament sədri səviyyəsində təmsil ediləcəyi ehtimal olunur. Amma bu məsələ ilə prezident protokolu məşğul olur. Buna görə də mən bu haqda konkret məlumat verə bilmirəm", - deyə Azad Rəhimov bildirib.

A.Rəhimov Azərbaycanın 2024-cü ildə Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyi məsələsinə də toxunub. O, bu haqda qərarı ölkə rəhbərinin verəcəyini deyib. 

"Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə, yarışlara ev sahibliyi edib və bəzilərinin keçirilməsi də artıq planlaşdırılıb. Bütün bunlar idmanın inkişafı ilə yanaşı, ölkəmizin beynəlxalq tədbirləri keçirməyə nə dərəcədə hazır olduğunbu yoxlamaq üçündür və bu tədbirlər Olimpiya Oyunlarına gedən bir yoldur. Sentyabrın 15-dək vaxtımız var ki, vəziyyəti dəyərləndirək. Bundan sonra qərar veriləcək".

Xatırladaq ki, Avropa Oyunlarının açılışı iyun ayının 12-də olub. Mərasimdə 30-a yaxın dövlət və hökumət başçısı iştirak edib. Onların arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin, Monako Şahzadəsi II Albert, Belarus, Serbiya prezidentləri və sairə rəsmilər olub. 

Dünyanı heyrətə salan gecənin əsas qonaqlarından biri isə tanınmış müğənni Ledi Qaqa olub. O piano arxasında əyləşərək, Lady Gaga “İmagine” (Xəyal Et) mahnısını ifa edib. Yayılan məlumata görə, Ledi Qaqa bu çıxışı üçün 2 milyon dollar qonorar alıb. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.