banner
banner

Sağlamlıq

Gecə işləmək xərçəng yaradır

Gecə işləmək xərçəng yaradır

İngiltərənin Surrey qraflığının mütəxəssisləri gecə işləməyin insan orqanizminə ciddi zərər vurduğunu müəyyən ediblər.
Araşdırmada məhz gecə işləyən insanlar iştirak edib. Həmin insanların orqanizmində 97 faiz DNT hüceyrələrində sinxronluğun pozulması müşahidə edilib. Bunun da nəticəsində insan bədəninin hormonal sistemində pozğunluq yaranır, bədən temperaturu dəyişir, beyin funksiyalarında dəyişikliklər yaranır.

Mütəxəssislər iddia edirlər ki, bütün bunlar orqanizmə molekul səviyyəsində ziyan vurur. Bu da zaman keçdikcə daha da dərinləşərək xərçəng, 2-ci növ diabet, ürək xəstəlikləri kimi ciddi xəstəliklərin yaranmasına səbəb olur. Daha əvvəllər aparılan təcrübələrdə isə müəyyən edilmişdi ki, gecə işləmək qadınlarda sonsuzluğa gətirib çıxarır. 

Araşdırmaçılardan biri isə bildirib ki, sutka ərzində növbəli işləmək sanki bütün saatları müxtəlif vaxtları göstərən bir evdə yaşamaqdır. Sonda bu, xaosa səbəb olur. Onun sözlərinə görə, bioloji saatın pozulması nəticəsində yaranan mənfi təsir özünü iki ildən sonra göstərməyə başlayır.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.