Ermənistanda baş qaldıran etiraz dalğası getdikcə böyüyür. Dinc aksiya keçirənlər bir neçə gündür gecəni Baqramyan prospektində keçirirlər. İndi aksiya iştirakçıları İrəvanın digər mərkəzi hissəsini - Maştosa prospektini tutmağı planlaşdırırlar. Gecə saatlarında adıçəkilən prospektləri birləşdirən Fransa meydanı, Sayat Nova küçəsini də bağlayıblar. Bununla da şəhərin mərkəzinə hərəkət məhdudlaşıb. "Talana yox" aksiyası iştirakçılarına sürücülər də qoşulub. Onlar siqnallar verməklə öz dəstəklərini- həmrəyliklərini nümayiş etdirirlər.
ANS PRESS-in məlumatına görə, bu təşəbbüs Ermənistan rəhbərliyini ciddi təşvişə salıb. Polis İdarəsinin rəisi Valeri Qasparyan aksiya iştirakçılarına yalvarmağa başlayıb ki, onlar bu fikirlərindən daşınsınlar və mərkəzi prospekti bağlamasınlar. Uzun müddətli danışıqlardan sonra yolda hərəkət nisbətən açılıb.
O, elektrik enerjisi qiymətlərinin qalxmasına qarşı etiraz edənlərə müraciətlə deyib: "Əgər vətəndaşlar qanundan kənar hərəkətlərə yol verməsələr polis xalqa qarşı heç bir güc tətbiq etməyə təşəbbüs göstərməyəcək. Siz burada ona görə canlı divarı hördünüz ki, sanki biz xalqın düşmənləriyik?! Əksinə, biz xalqın müdafiəçiləriyik. Bu bizim ümumi şəhərimizdir, paytaxtın əsas prospektlərini bağlamaq olmaz".
Onun müavini Unan Poqosyan isə jurnalistlərə bildirib ki, etiraz edənlərin arasında silahlı şəxslər aşkar edilib və onlar burada xüsusi qurğular yerləşdiriblər.
Xatırladaq, Baqramyan prospektində ölkə əhalisinin oturaq piketi beş gündür davam edir. Onlar elektrik enerjisi tariflərinin artımına qarşı çıxır və "Soyğuna yox", "Talana yox" şüarları səsləndirirlər. Mitinq edənlər vurğulayırlar ki, iyunun 19-da başlamış aksiyalar sırf sosial xarakteri daşıyır. Biz dövlət başçısından qiymətlərin nizama salınması üzrə komissiyanın elektrik enerjisi tariflərinin 6,93 dram artırılması haqqında iyunun 17-də verdiyi qərarın ləğv olunmasını tələb edirik.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.