Barbadoslu müğənni Rihanna Hollivudda gecə klublarından birinə girərkən obyektivlərə tuş gəlib. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı geyimi ilə diqqət mərkəzinə çevrilib. Cins şortikinin üstündən alt paltarı geyinən Rihanna üst geyimi kimi qara gödəkçədən istifadə edib.
Döymələri ilə diqqət çəkən müğənni jurnalistlərin son vaxtlar adı hallandığı futbolçu Karim Benzema ilə bağlı suallarını cavablandırmayıb.
Rihanna kluba daxil olarkən fotoqrafların üzündən izdiham yaşanıb. İfaçı cangüdənlərinin köməyi ilə məkana daxil ola bilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.