banner
banner

Dünya

Çimərlik qatili tələbə çıxdı

Çimərlik qatili tələbə çıxdı

Tunis polisi Sus şəhərində çimərlikdə turistlərə güllələyən terrorçunun kimliyini müəyyən edib. 
Dünən mehmanxana çimərliyində 37 nəfərin ölümü ilə nəticələnmiş kütləvi güllə-boranı 23 yaşlı Seyfuddin Ər-Rezki törədib.
Seyfuddin Ər-Rezki 2011-ci ildə texniki ixtisas üzrə ali məktəbə daxil olub. 2014-cü ildə o, baklavr diplomu alaraq magistraturaya keçib. Bildirilir ki, tələbə bir neçə tələbə yoldaşı ilə Kayruan şəhərində radikal dini dərnəklərə baş çəkirmiş. 

Məlum olub ki, terrorçu təkbaşına fəaliyyət göstərib. Atışma nəticəsində o, zərərsizləşdirilib. “Mosaique FM” radiostansiyasının verdiyi məlumata görə, hadisəyə dəxli olan daha iki nəfər tutulub.

İyunun 26-da Sus şəhərinin yaxınlığında yerləşən Port Əl-Kantaui qəsəbəsində baş vermiş terror hücumu nəticəsində Böyük Britaniya, Almaniya və Belçikadan olan 37 nəfər qətlə yetirilib. 36 turist isə yaralanıb. 

Eyni gündə Küveyt və Parisdə də terror aktları törədilib. Küveytdə cümə namazı zamanı kamikadzenin özünü partlatması 13 nəfərin ölümünə səbəb olub. Parisdə isə iki naməlum şəxs qaz fabrikində partlayış törətmək istəyib. Onlar qaçdıqdan sonra bir nəfərin başı kəsilmiş meyiti tapılıb. 








Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.