banner
banner

Sosİal

Azərbaycanda sığorta ilə bağlı dəyişiklik edildi

Azərbaycanda sığorta ilə bağlı dəyişiklik edildi

Maliyyə Nazirliyinin Kollegiyası “Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta şəhadətnaməsinin forması, çap olunması və doldurulması Qaydaları”na dəyişiklik edib.

Dəyişiklik ictimai nəqliyyatda qəzalar zamanı sərnişinlərin xəsarət alması ilə bağlıdır.

Nəqliyyat vasitəsi sərnişin daşıma xidmətini yerinə yetməsi ilə əlaqədar hərəkətdə olarkən və ya bu məqsədlə dayanacaqlarda (hava limanlarında, dəniz, dəmiryolu və ya avtobus vağzallarında, stansiyalarında, platformalarında və ya körpülərində) olarkən sığorta olunmuş sərnişinin nəqliyyat vasitəsində olduğu müddət ərzində sığorta risklərinin baş verməsi, yəni nəqliyyat vasitəsinin istismarı ilə əlaqədar sərnişinin bədən üzvlərinin, toxumalarının zədələnməsi nəticəsində yüngül və ya ağır xəsarət alması, əmək qabiliyyətini tam və ya qismən itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab edilib.

Dəyişikliyə əsasən sərnişinin az ağır xəsarət alması da sığorta hadisəsi hesab ediləcək.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.