banner
banner

Sosİal

İmsakdan sonra yatmaq doğrudurmu?

İmsakdan sonra yatmaq doğrudurmu?
Türkiyəli nevropatoloq Ahmet Sarıalp Ramazan ayı ərzində yuxu sistemindəki dəyişiklik haqqında məlumat verib.
İmsakdan dərhal sonra yatmayın
Əhməd Sarıalp Ramazan ayında oruc tutan insanların yuxu qaydalarında müəyyən dəyişikliklərin ortaya çıxdığını söyləyib. Həkim bildirib ki, imsakdan sonra yatmamağa səy göstərmək lazımdır. Çünki imsakdan sonra yatıb yenidən qalxdıqda bədənin bütün ritmi pozulur. Bu, xüsusi ilə işə gedən şəxslər üçün çətinlik yaradır.
 
Doktor Sarıalpın sözlərinə görə, aparılan araşdırmalarda yay aylarında yuxu müddətinin 2 saat qısaldığı məlumdur.  Bu səbəblə Ramazan ayında oruc tutan insanların yuxu sistemlərində də dəyişikliklər baş verir: “ İmsakda qalxan insanların yuxuya getmə prosesi uzanır, ümumi yuxu müddəti isə azalır. Buna görə də insanlar səhərlər yorğun olaraq oyanır. Yuxu bütün günün necə keçməsinə təsir göstərir".
Doktor Sarıalp bu xəbərdarlıqlar edib:
İmsakdan sonra oyaq qala bilmirsinzisə, daha yüngül yemək yeyin.
İftardan sonra və yatmazdan əvvəl ən az bir saat dincəlməlisiniz.
İftar saatından sonra çay, qəhvə və siqaret yuxu sisteminə ciddi şəkildə təsir göstərir. Ona görə də, bitki çayları içilməlidir.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.