Türkiyədə İstanbul boğazında sahildəki malikanə körpüsünə çırpılan sürət qayığı batıb. Göyərtəsində 3 nəfərin olduğu bildirilən sürət qayığı bu gün səhər saatlarında idarəetməni itirərək, sahil körpüsünə dəyib. Göyərtədə olanlardan biri üzərək sahilə çıxmaqla xilas olub. Digər iki nəfərin isə dənizdə batdığı ehtimal edilir.
Hadisə yerinə Dəniz polisi, Sahil-Mühafizə Xidmətinin əməkdaşları və səhiyyə işçiləri cəlb edilib. Dənizdə yoxa çıxan iki nəfərin axtarışlarına başlanılıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.