Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni istifadəyə verilən əsgər yataqxanası, yeməkxana və hamam-camaşırxana kompleksi ilə tanış olub. Cia.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Zakir Həsənov hərbi hissədə ərazinin perspektiv tikinti-quruculuq planı ilə tanış olub.
Məlumat verilib ki, ərazidəki yeni obyektlərin hamısı zəruri avadanlıqla təchiz olunub, kommunukasiya xəttləri çəkilib və ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb.
Üçmərtəbəli əsgər yataqxanasında hərbi qulluqçuların məişət şəraiti üçün müasir infrastruktur yaradılıb, yataq və digər otaqlar lazımi avadanlıqla tam təchiz olunub. Binanın hər mərtəbəsində məişət guşələri, ideoloji və ayrı-ayrı xidməti otaqlar yerləşir. Bundan əlavə, atıcı silahlar trenajorları sinfi, saxlanclar, idman və digər inzibati otaqlar da hazırlanıb.
Yeni istifadəyə verilən hamam-camaşırxana kompleksi də stasionar şəraitdə yerləşən hərbi hissənin şəxsi heyətinin sosial-məişət və sanitar-gigiyenik şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilib.
İkimərtəbəli geniş əsgər yeməkxanası binası da yeni inşa olunaraq yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün müasir tipli avadanlıqla təmin olunub.
Əraziyə baxış keçirdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissədə çalışan mülki əməkdaşlarla görüşərək söhbət aparıb və hərbi qulluqçularla birlikdə nahar edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.