banner
banner

Gündəm

Azad Rəhimov Avropa Oyunlarının bayrağını təhvil verdi

Azad Rəhimov Avropa Oyunlarının bayrağını təhvil verdi

Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki bu gün ilk Avropa Oyunlarının son günündə keçirilən tədbirdə Avropa Oyunlarının bayrağını Azərbaycanın gənclər və idman naziri və Bakı-2015-in baş icraçı direktoru Azad Rəhimovdan təhvil alıb.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən Cia.az-a verilən məlumata görə, tədbirdən sonra çıxış edən P.Hikki bu barədə danışıb: 

“30 aydan bir qədər çox müddətdə Bakı Avropa Oyunlarının himayədarı olub. Bu gün EOC Oyunları daha güclü və bizim bu mərhələdə təsəvvür edə biləcəyimizdən daha böyük potensialla geriyə təhvil alır. Bakı-2015-in verdiyi ən böyük tohfələrdən biri bundan sonra keçiriləcək bütün Avropa Oyunlarının gələcəyinin təməlini qoyması oldu. Bu möhtəşəm uğurun ilkin mərhələsindən sonra bu yarışların gələcəyi təmin olunub".

Mərasimdə çıxış edən nazir A.Rəhimov bildirib: "Cənab prezident, mən sizə xüsusi bir təqdimat qutusunda Avropa Oyunlarının bayrağını təqdim edirəm. Onun içərisində növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin xatirə nişanı, habelə Avropa Oyunlarının növbəti 100 ili üçün kifayət qədər rəmzi səciyyə daşıyan nişanlar var".

Mərasimdə EOC-un İcraiyyə Komitəsi, EOC Bakı-2015 Avropa Oyunları Əlaqələndirmə Komissiyasının üzvləri və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin direktorları, o cümlədən, Oyunların uğurlu olmasında böyük rol oynamış 12 500 alovqoruyan könüllünün təmsilçiləri iştirak ediblər.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.