Türkiyənin məşhur aktyoru, “Recep İvedik” filmləri ilə tanınan Şahan Gökbahar sosial şəbəkədəki son paylaşımı ilə hamını təəccübləndirib. Cia.az-ın məlumatına görə, Gökbahar sosial şəbəkədə uyğurların yaşadığı Şərqi Türküstan üçün azadlıq tələb edib. Aktyor öz səhifəsində Şərqi Türküstanın, Çin Xalq Respublikasının dövlət bayrağının qırmızısı ilə qana bulaşmış göy rəngli, üzərində ulduz və aypara olan şəklini paylaşıb. Bayrağın altında isə türk və ingilis dillərində, “Qərbi Türküstana azadlıq” – yazılıb.
Şahan Gökbaharın bu paylaşımı sosial şəbəkədə rəğbətlə qarşılanıb və az vaxt ərzində 10 minə yaxın like toplayıb.
Qeyd edək ki, son günlər Türkiyə mətbuatında Çin rejiminin ramazan ayının başlaması ilə müsəlman uyğur türklərinə göstərdiyi təzyiqləri çoxaltması barədə xəbərlər yayılıb. Məlumata görə, bölgədə son baş verən insident zamanı 18 uyğur dünyasını dəyişib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.