banner
banner

Gündəm

Prezident mükafatı birinci xanıma belə verdi- Video

Prezident mükafatı birinci xanıma belə verdi-

Xəbər verdiyimiz kimi, bu gün “Bulvar” otelində Birinci Avropa Oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib. 

Cia.az-ın məlumatına görə, mərasimdə Prezident İlham Əliyev, xanımı-“Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri I Avropa Oyunlarında qalib gələn idmançılar, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olan xaraici tərəfdaşlarla görüşdə iştirak ediblər. 

Çıxış edən prezident Təşkilat Komitəsinin fəaliyyətini xüsusi vurğulayıb: 

“Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhvə verib, oyunların bu səviyyədə keçirilməsi üçün canını qoydu...”

Mehriban Əliyeva da öz növbəsində İlham Əliyevə təşəkkürünü bildirib: 

“İdman leksikasından istifadə etsəm, deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Burada qalib gəlməmək mümkün deyildi. Xalqımıza, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir. Xidmətimizin nəticələrini görüb, yaşamaq xoşbəxtlikdir. Biz hər birimiz ölkənin əsgəriyik, Azərbaycanın gələcəyi üçün tam gücümüzlə xidmət etməyə hazırıq. Çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Tanrı Sizi və Azərbaycanı hər zaman qorusun”.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.