UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub və İdarəetmə və Audit Komitəsinin tərkibi müəyyənləşib.
Qitə futbol qurumu rəhbərliyinin bu məsələ ilə bağlı təklifi İcraiyyə Komitəsində geniş müzakirə olunub və üç ölkənin – Azərbaycan, Avstriya və Finlandiya Futbol federasiyalarının nümayəndələri komitəyə üzv seçilib.
AFFA-nın baş katibi Elxan Məmmədovun da təmsil olunduğu komitənin işi UEFA-nın ayrı-ayrı sahələr üzrə fəaliyyətini, o cümlədən maliyyə məsələlərini audit edəcək, qərarların icrasını və effektivliyini mütəmadi olaraq araşdırmaqla UEFA rəhbərliyinə hesabatlar təqdim edəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.