banner
banner

Şou

Məşhur müğənni ölümcül xəstəliyə tutuldu - Video

Məşhur müğənni ölümcül xəstəliyə tutuldu -

2000-ci illərdə məşhur olan pop müğənni Avril Lavin ölümcül "Lyme" xəstəliyinə yoluxub.

İfaçı bunu gizlətmək istəsə də, xəbər sosial şəbəkələrdə yayılıb.

Bir müddət əvvəl Tvitterdə "Pray for Avril" ("Avril üçün dua edin") haştaqıyla kampaniya da başladılıb. Lavin qatıldığı proqramlardan birində bu haqda danışıb:

"Nəfəs ala, danışa, hərəkət edə bilmirdim. Öləcəyimi fikirləşirdim. Ancaq bir neçə həkimə müayinə olunduqdan sonra diaqnoz qoyuldu. İnsanlar niyə bu qədər depressiv olduğumu soruşur".

O, müalicəsinin hələ də davam etdiyini bildirib. Müğənni yenidən səhnəyə dönə biləcəyinə ümid edir:

"Bu mənim üçün həyatda ikinci şansdır".

Qeyd edək ki, "Lyme" xəstəliyinin 800-ə yaxın simptomu olduğu diaqnoz qoyulması çətindir. Xəstəliyin 350-dən çox xəstəliklə səhv salınması nəticəsində müalicə üsulu səhv seçilə bilər. Belə ki, "Lyme" xroniki yorğunluq, epilepsiya, Alzeymet, Parkinson, diqqət çatışmazlığı, infarkt və sair simptomları özündə birləşdirir. Bu günə qədər, ABŞ-ın keçmiş prezidenti Corc Buş, aktyorlar Alek Balduin, Riçard Gir kimi məşhurlar bu xəstəlikdən əziyyət çəkiblər.



 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.