Şəkərli diabet çox təhlükəli və hiyləqər xəstəlikdir. Uzun müddət ərzində diabet (söhbət 2-ci tip diabetdən gedir) özünü heç bir ciddi simptomla büruzə verməyə bilər.
Lakin bu müddət ərzində orqanizmdə çox ciddi patoloji dəyişikliklər baş verir. Qanda şəkərin daim yüksək səviyyədə olması damarlarda geriyədönməz pozulmalara səbəb olur ki, nəticədə xəstədə ürək və böyrək xəstəliklərinin, infarktın, insultun riski olduqca artır.
Endokrinoloq-həkimlərin fikirinə görə, bəzi sadə məsləhətlər insanları şəkərli diabet xəstəliyindən və onun ağırlaşmalarından qoruya bilər.
1. Düzgün və sağlam qidalanın. Qidalanmanızın əsas hissəsini tərəvəz, meyvə, yarmalar (düyü, yulaf yarması, qarabaşaq və s.), süd məhsulları, yağı az olan ət, balıq təşkil etməlidir. Fast fud qidaları, çox yağlı, şirin qidaları, un məmulatları qidalanmanızda kəskin məhdudlaşdırın.
Daha tez-tez (gün ərzində 5-6 dəfə) və daha az-az qida qəbul edin. Bu həzm sisteminə (o cümlədən, mədəaltı vəzinə) olan yükləməni azaldır, həzm orqanların sağlamlığını qoruyur.
2. Artıq çəki yığmayın. Artıq çəki şəkərli diabetin əsas risk faktorlarından biridir. Özünüzdə artıq çəkinin olub-olmadığını təyin etmək istəyirsinizsə, bu sadə üsuldan istifadə edin. Belinizi ölçün. Kişilərdə 94 sm, qadınlarda 80 sm kimi olmalıdır. Əks halda bu artıq çəkidən xəbər verir.
3. Hərəkətli olun. Azhərəkətli həyat tərzi bir çox xəstəliklərin (o cümlədən, şəkərli diabetin) inkişafına təkan verir. İdmanla, bədən tərbiyəsi ilə məşğul olun, tez-tez havada gəzin və s.
4. Streslərdən uzaq olun. Tez-tez təkrarlanan stressdə bir çox xəstəliklərin (o cümlədən, şəkərli diabetin) risk faktoru sayılır. Streslə mübarizə etmək üçün ən yaxşı vasitə fiziki aktivlikdir.
5.40 yaşından sonra ildə 1 dəfədən az olmayaraq qanda şəkərin səviyyəsini yoxlayın.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.