banner
banner

Sosİal

Bakıda olan ərəb şahzadəsi pul paylayacaq

Bakıda olan ərəb şahzadəsi pul paylayacaq

Səudiyyə şahzadəsi Valid bin Talal yaxın illər ərzində öz varidatını xeyriyyəçiliyə xərcləyəcəyini bildirib. Səudiyyə şahzadəsi Valid bin Talalın varidatı 32 milyard dollar həcmində qiymətləndirilir. Agentlik qeyd edir ki, şahzadə puldan nə vaxt ayrılmaq niyyətində olduğunu dəqiqləşdirməyib.



Valid bin Talal Ər-Riyadda mətbuat konfransında çıxış edərkən bildirib ki, bununla o, bütün müsəlman və qeyri-müsəlman ölkələrinə hədiyyə etmək niyyətindədir. Pul təbii fəlakətlərin nəticələri ilə mübarizəyə, məktəblərin və uşaq evlərinin tikintisinə, müxtəlif xəstəliklərlə mübarizəyə və uzaq rayonlarda həyat keyfiyyətinin yaxşılaşmasına sərf ediləcək.



Səudiyyə Ərəbistanı şahzadəsi Valid bin Talal keçən il Bakıda olub. Səudiyyə Ərəbistanı şahzadəsi İçərişəhərə baş çəkib. Valid bin Talal İçərişəhər gəzintisi zamanı ilk olaraq Qız qalası abidəsi ilə tanış olub.











2010-cu ildə milyarderlər Bill Qeyts və Uorren Baffetdə həmçinin öz varidatlarının yarıdan çoxunu xeyriyyəçiliyə verməyə söz veriblər. Onların varidatı 151 milyard dollar təşkil edir.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.