banner
banner

Dünya

Kişi prezidentdən Obamaya evlənmə təklifi

Kişi prezidentdən Obamaya evlənmə təklifi

ABŞ-ın bütün əyalətlərində homoseksual evliliyi qanuniləşdirən və böyük əks-səda doğuran qərardan sonra çıxışında “Sevgi sevgidir” deyən ABŞ prezident Barak Obamaya maraqlı təklif gəlib. 
91 yaşlı Zimbabve prezidenti Robert Muqabe ABŞ Prezidenti Barak Obamaya evlilik təklif edəcəyini açıqlayıb. Bir radio proqramında qonaq olan prezident zarafatla belə açıqlama verib:



“Bir az əvvəl qərar verdim. Homoseksualların haqlarını müdafiə etdiyinə və cazibədar görünüşü olduğuna görə ABŞ-ın paytaxtı Vaşinqtona gedəcəyəm və qarşısında diz çöküb Obamaya evlənmə təklif edəcəyəm”. 



Qeyd edək ki, Muqabe homoseksuallar haqda mənfi fikirləri ilə tanınır. O, eyni zamanda Amerikanın siyasəti ilə də razı deyil. 



Xatırladaq ki, iyunun 26-da ABŞ Ali Məhkəməsi bütün ölkə ərazisində eynicinslilərin nikah hüququnu təmin edib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.