Bu gün futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsində növbəti oyunlar keçiriləcək. Turnirdə ölkəmizi təmsil edən 3 klub mübarizəyə qoşulur. Azərbaycan Premyer Liqasında son mövsümün dördüncüsü və ölkə kubokunun gümüş mükafatçısı “Neftçi” doğma divarlar arasında Monteneqronun “Mladost” klubunu sınağa çəkəcək. Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış “flaqman” ən uğurlu nəticəsi 3-cü təsnifat mərhələsi olan “Mladost”u "Bakcell Arena" stadionunda qəbul edəcək. Görüş Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Ardıcıl 2-ci dəfə Avropa Liqasında mübarizə aparacaq “Qəbələ” isə Gürcüstanın ən titullu komandası “Dinamo” ilə qarşı-qarşıya gələcək. 13 dəfə Gürcüstan çempionatı, 8 dəfə Gürcüstan kubokunun qalibi “Dinamo” ilə matç təmsilçimiz üçün asan olmayacaq. Tiflislilərin avrokubok göstəriciləri də parlaqdı. Belə ki, Avropa arenalarında 145 qarşılaşmaya çıxan gürcülər 65 görüşdə qələbə qazanıb. 59 oyunda məğlub olan “Dinamo”, 21 matçda meydandan sülhlə ayrılıb. 2014-2015 mövsümündə Premyer Liqasının bürünc medallarını qazanan “Qəbələ” Gürcüstan təmsilçisi ilə ilk görüşü Tiflisdə keçirəcək. Matçın start fiti Bakı vaxtı ilə 21:00-da veriləcək.
Bakının “İnter” klubu da ilk görüşü də səfərdə keçirəcək. Yeni baş məşqçi Zaur Svanadze ilə ilk avrokubok macərasında başlayan “bakılılar”ın rəqibi Albaniyanın “Laçi” klubudur. Avrokuboklarda yalnız bir dəfə mərhələ adlayan albanlar təcrübəli təmsilçimizə qarşı ilk oyunu öz meydanında keçirəcək. Maraqlı məqam orasındadır ki, “Laçi” avrokuboklarda hələ ki, qələbə qazanmayıb.
Albaniyanın Laçi stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 20:30-da başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.