banner
banner

Sağlamlıq

Ağcaqanadlar ən çox kimləri dişləyir?

Ağcaqanadlar ən çox kimləri dişləyir?

Ağcaqanadların xüsusilə aktiv olduğu yay aylarında çox insan səhərlər bədənində onlarla ağcaqanad dişləyi ilə oyanır.

Ağcaqanadlar evdə başqalarının da olmasına baxmayaraq bəzən sadəcə bir insanı dişləyir. Bəs bunun səbəbi nədir?

Ağcaqanadlar yumurtlamaq üçün qana ehtiyac duyur. Erkək ağcaqanadlar yumurtlamadığı üçün dişləmir. Dişi ağcaqanadlar isə yumurtlayıcı növ olduğu üçün hamını narahat edir. Bir neçə dəfə baş verən yumurtlamalar arasındakı zamanda qidalanmaq üçün qana ehtiyac duyurlar. Ağcaqanadların əsas enerji mənbəyi isə şəkərdir. Bütün ağcaqanadlar meyvə nektarı, suları və bitki mayeləri ilə qidalanır. Şəkər enerji istehsal etmək üçün istifadə olunur, qan isə yumurtalar üçün saxlanılır.

Elm adamları ağcaqanadların hansı səbəbdən bəzilərini daha çox “sevdiyi” haqqında araşdırmalar aparır. Bəzi insanlar ağcaqanadların daimi hədəfinə çevrildiyi halda bəzilərinin yanından heç bircə ağcaqanad da keçmir. Çünki ağcaqanadlar sadəcə ehtiyaclarını qarşılaya biləcəkləri qaynağa doğru uçurlar.

Yollarını necə tapırlar?

Dişi ağcaqanadlar nəfəs verilərkən havaya qarışan karbondioksidi izləyərək istiqamətlərini tapırlar. Özünə yuva axtaran bir ağcaqanad bu qazın ardınca gedərək hədəfə çatır. Üzərimizə qonduqda isə hərəkətə keçməsini təmin edən və ya qarşısını alan faktorlar işə düşür.

Ən çox kimi dişləyirlər?

Fol turşusu ağcaqanadlar üçün əhəmiyyət kəsb edən kimyəvi maddələrdən biridir. Saç spreyi, ətir, dezodorant və sabun kimi qoxular bu kimyəvi maddələrin izlərini silə bilər. Ancaq qıcıqlandırıcı və ya əngəlləyici olaraq da təsir edə bilən bu qoxuların ağır olanları əsasən ağcaqanadları cəlb edir.

Yəni ağcaqanadların sizi dişləyib-dişləməməsini bədəniniz təyin edir. Əgər cəzbedici bir qoxunuz varsa, hədəf olmaqdan qaça bilməzsiniz. Bədənimizdə qoxunu təyin edən genlər vardır. Bu genlərə sahibsinizsə, ağcaqanadların hədəfi halına gələ bilərsiniz.

Bunun öhdəsindən gəlmək üçün bədəninizə çəkə biləcəyiniz ağcaqanada qarşı kremlər və ya spreylərdən istifadə edə bilərsiniz. Bu məhsullar ağcaqanada xoş gəlməyən qoxuya malikdir.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.