banner
banner

Gündəm

Mahmudov "Kalaşnikov" konsernini aldı

Mahmudov "Kalaşnikov" konsernini aldı

Rusiyanın Ural Dağ-Metallurgiya Şirkətinin sahibi İsgəndər Mahmudov "Kalaşnikov" silah konserninin sahiblərindən birinə çevrilib. 
Mahmudov Rusiyanın "Rostex" dövlət korporasiyasına daxil olan "Kalaşnikov"un səhmlərinin 12,25%-ni öz tərəfdaşı Andrey Bokarevdən satın alıb. Beləliklə, səhmlərin 25%-i İsgəndər Mahmudova məxsusdur. Səhmlərin 51%-i isə "Rostex"də qalıb. Andrey Bokarevin əlində isə səhmlərin 12,25%-i qalıb. 

"Kalaşnikov" konserni 2013-cü ilin avqust ayında qeydiyyatdan keçirilib. O, Rusiyanın İjevsk şəhərində yerləşən iki müəssisənin - "İjmaş"ın və İjevsk Mexanika Zavodunun əsasında yaradılıb. Konserndə avtomat və snayper silahları, idarə olunan artileriya mərmiləri və geniş çeşiddə mülki məhsullar istehsal edilir.

“Forbes”in məlumatına görə Rusiyanın 15-ci varlı adamı olan İsgəndər Mahmudovun kapitalı 2,7 milyard dollara bərabərdir. Milliyyətcə özbək olan İsgəndər Mahmudov 1963-cü ildə Buxara şəhərində anadan olub. 1980-ci illərdə Daşkənddə gizli sex sahibi çalışan İsgəndər Mahmudov 1991-ci ildə Moskvaya köçüb və leqal bizneslə məşğul olmağa başlayıb. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.