banner
banner

Gündəm

Kim nə qədər xərcləyib?- Hakimiyyət hesab sorur

Kim nə qədər xərcləyib?-

Avropa və Amerikadakı fiaskoya görə kimlər cavab verəcək?; Rəsmi Bakıya yönəlik anti-təbliğatın arxasında erməni lobbisinin dayanmasının faktlarla sübutu iqtidarı xarici siyasət və diaspora siyasətinə yenidən baxmağa vadar edib; xarici işlər naziri hakimiyyətin sərt qınağı ilə üzləşib; Diaspora Komitəsinin sədri artıq sabiq hesab edilir; Anar Məmmədovdan hesab sorulur: həm də təkcə xərclənmiş pulların deyil, yalanların da... 

Rusiyada iqtisadi böhran və dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşmasının Azərbaycana da ciddi təsir edəcəyi ilə bağlı iddialar doğruldu. “Yeni Müsavat” dekabr ayında bu mövzuda bir neçə manşet yazısı dərc etmişdi. Neftin dünya bazarında sürətlə ucuzlaşmasının Azərbaycan hökumətinin arxayın bəyanatlarına baxmayaraq, ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi aydın idi.


Avropa Oyunları ərəfəsi Azərbaycana total hücumların güclənməsi, beynəlxalq QHT-lərin bəzilərinin rəsmi Bakıya yönəlik təşkil etdiyi anti-təbliğatın arxasında erməni lobbisinin dayanmasının faktlarla sübutu iqtidarı xarici siyasət və diaspora siyasətinə yenidən baxmağa vadar edib. Hələ bir neçə il öncə  prezident İlham Əliyev xaricdəki səfirlərimizlə Bakıdakı illik toplantısında bəyan etmişdi ki, Azərbaycan diplomatiyası  müdafiədən hücum diplomatiyasına keçid etməlidir. 
 
Bundan sonra Azərbaycan diplomatiyası həqiqətən uğur qazanmağa başladı, xüsusilə Qarabağ məsələsində Ermənistan küncə sıxışdırıldı. 
 
Rusiya-Qərb münasibətlərinin kəskin pisləşməsi Azərbaycanı öz yanında görmək istəyən beynəlxalq güclərin hədəfinə çevirdi.
 
Azərbaycan Rusiya ilə toqquşmaq siyasətindən imtina etdiyi üçün daha çox Qərblə üz-üzə gəldi ki, bu fürsətdən məkrli erməni lobbisi istifadə etdi, rəsmi Bakıya təzyiqləri tətikləyə bildi. Bu hücumların qarşısını almağa məsul olan Azərbaycanın Xarici İşlər Nazirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə ciddi məsuliyyət düşür. Amma Avropa Oyunları zamanı iqtidara hücumların artması, yarışların davam etdiyi müddətdə AŞ PA, Almaniya Bundestaqının qətnaməsi, ABŞ Dövlət Departamentinin illik hesabatı bir daha göstərdi ki, rəsmi Bakı xarici siyasətində və diaspora işində təcili dəyişikliklər etməlidir. 
 
***
 
 
Xarici işlər naziri Elmar Məmmədyarovun hakimiyyətin sərt qınağı ilə üzləşdiyi barədə ötən saylarımızda məlumat vermişdik. Məlumatlara görə, Azərbaycanı Avropa ölkələrində təmsil edən səfirlərin çoxu yaxın vaxtlarda geri çağırılacaq. Buna səbəb onların etimadı doğrulda bilməməsidir. Adı “qara siyahı”da olan Avropadakı səfirlər sırasında Avropa İttifaqındakı səfir Fuad İsgəndərov, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və başqalarının adı çəkilir. 
 
“Köhnə qitədəki” bir çox səfirlərin əsas “işi” Azərbaycandan gələn dövlət nümayəndələrini və deputatları mehmanxanada yerləşdirməsilə yekunlaşır. Bu isə Ermənistanın səfirlərini və erməni diasporunun əl-qolunu açır, Azərbaycana qarşı qərəzli məqalələr, hesabatlar hazırlanır. Bu işdə nazir kimi təşkilatçılıq bacarığı olmayan E.Məmmədyarovun məsuliyyəti  böyükdür. Onun bu ərəfədə də xarici işlər naziri kimi bir etiraz bəyanatı verməməsi də diqqət çəkəndir. 
 
Nazirin əvəzlənəcəyi ilə bağlı xəbərlər son günlər daha da artıb. Amma sırada o tək deyil...   
  
***
 
 
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun da başının üzərini qara buludlar alıb. N.İbrahimov 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, 2008-ci ildən isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir. 
Azərbaycanın xarici ölkələrdəki diaspora qurumlarına cavabdeh olan, hər il bu işə milyonlarla dövlət vəsaiti xərclənən Diasporla İş üzrə Dövlət Komitəsinin də fiaskosu göz önündədir. Söhbət hakimiyyəti müdafiə etməkdən və ya Avropa Oyunlarının təbliğindən getmir. Bu komitənin işi hökuməti deyil, xaricdə Azərbaycanın maraqların müdafiə etməkdir. Qərbin ciddi təzyiqləri, ermənilərin də barmağı olan QHT-lərin anti-Azərbaycan hücumları qarşısında Diasporla  Komitəsinin fəaliyyəti görünmədi və bu da iqtidarı ciddi narazı salıb.
 
N.İbrahimovun  diaspora təşkilatları ilə dövlət büdcəsindən ayrılan vəsaitlərin “bölüşdürlməsində” olan narazılığa toxunmuruq. Halbuki diaspora işi birbaşa maliyyəyə bağlıdır. 
 
Azərbaycan diasporunun ən geniş təmsil olunduğu Avropa ölkələrindən biri Almaniyadır. Burada onlarla Azərbaycanın diaspora təşkilatları fəaliyyət göstərir, jurnallar, qəzetlər, broşürlər dərc edilir, dövlətin pulu xərclənir. Amma bu qurumların Almaniya hökumətinin və parlamentinin qərarlarına zərrə qədər də təsir imkanları yoxdur. Niyə sualı ətrafında müxtəlif fikirlər ola bilər, hətta Azərbaycan iqtidarının siyasi məhbuslar məsələsində inadkarlığını da söyləmək olar. Amma bu təkcə Azərbaycan iqtidarı məsələsi deyil. Ölkənin  maraqlarını da təhdid edilirsə, XİN-də, Diaspora Komitəsi də məsuliyyət daşıyır.    
 
Yeri gəlmişkən, Azərbaycan səfirlərinin bəziləri qonaq qarşılayıb yola saldığı kimi, Diaspora Komitəsinin də bəzi “diaspor təşkilatları”nın xüsusən Avropada bizneslə məşğul olması da yenilik deyil.  Şərqi Avropada və Rusiyada meyvə-tərəvəz, Mərkəzi Avropada parfümeriya-geyim biznesində N.İbrahimovun “diaspor təşkilatlarının” ciddi paya sahib olduğu deyilir. Diaspora işinə pul lazımdır, amma dövlətin diasporaya ayırdığı pulu kimlərinsə biznes şəbəkəsinə yönəltmək...
 
N.İbrahimovun bacarıqlı iş adamı olduğu sirr deyil, onun erməni lobbisinin daha çox “burnunu uzatdığı” Avropada hotel, Londonda daşınmaz əmlak biznesinə sərmayə yatırdığı iddia olunur. Nazim İbrahimovun səsi o qədər də güclü gəlməyən qardaş Türkiyədə də lobbi işini deyil, biznesini daha bacarıqla yürütdüyü iddia edilir. 
 
Xəbərlərə görə, N.İbrahimov kadr dəyişikliyi olacağı təqdirdə işdən çıxarılacaq nazirlər sırasında ilk üçlükdədir, bəlkə də birincidir. Onun başqa bir biznesmen qardaşının  -  Hacı İbrahimin Beynəlxalq Bankda kredit qalmaqalına görə həbsi (indi borcların tam qaytaracağı şərti ilə azadlıqdadır), qaynının intiharı da komitə sədrinin mövqelərini daha da laxladıb.  
İddiaya görə, onun intihar edən qaynının hüzr mərasiminə  hökumət üzvləri diqqətsiz yanaşıb, hətta ən xırda məmur belə başsağlığına gəlməyib. Bu barədə xəbər verən istiqlal.az saytı yazıb ki, “Nazim İbrahimov artıq sabiq  hesab edilir və məmurlar qələmi qırılmış komitə sədrinin yanında görünmək istəmirlər”.
 
***
 
 
 
Azərbaycanın münasibətlərinin gərgin olduğu ABŞ-dakı səfirliyimizin fəaliyyəti də ciddi müzakirə edilir. Doğrudur, ciddi maliyyə dəstəkləri olan erməni lobbisini ABŞ-da üstələmək çətindir. Bu obyektiv səbəbləri iqtidar da yaxşı bilir. Amma Azərbaycanın Amerikada təbliğinə xərclənən milyonlarına məsul olan daha bir fiqur da var. Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədov. Son vaxtlar təbliğatı xeyli zəifləyən Alyansın da “gördüyü işlər” tam bir fiasko kimi qiymətləndirilir. Hakimiyyət üçün ABŞ-la münasibətlər hər zaman önəmli olub və daha çox da bunun qeyri-rəsmi tərəflərinə diqqət edilib. 

 
İllər uzunu da bu münasibətlərin qeyri-rəsmi səviyyədə nizamlanmasına üstünlük verilib. Amma görünür ki, Ağ Evlə münasibətlər bir yana, heç qeyri-rəsmi münasibətlərdə də ABŞ-dan elə bir real dəstək almaq mümkün olmur. Bu uğursuzluqda isə təkcə səfirliyin və Diaspora Komitəsinin deyil, Amerikada keçirilən yemək-içmək tədbirlərinə milyonlar xərcləyən Azərbaycan-Amerika Alyansının məsuliyyəti də var ki, iqtidar indi bu məsələləri də araşdırır. Məlumata görə, təkcə nazir oğlu deyil, xarici siyasətin bir çox pul yeyənləri də indi çıxılmaz vəziyyətdədir. 
 
Hakimiyyət hesab sorur, təkcə xərclənmiş pulların deyil, həm də yalanların...
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.