banner
banner

Gündəm

Paşayev Cahangir Əsgərovu təltif etdi

Paşayev Cahangir Əsgərovu təltif etdi

Azərbaycan Mühəndislik Akademiyasının prezidenti və Milli Aviasiya Akademiyasının rektoru, Kosmos Şurasının sədri, akademik Arif Paşayevin rəhbərliyi ilə Azərbaycan Mühəndislik Akademiyası və Milli Aviasiya Akademiyası “Azərkosmos: Bu günü və perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib. 

Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Əhəd Canəhmədov Azərtac-a bildirib ki, “dəyirmi masa”da akademiyanın üzvləri, alimlər, mütəxəssislər iştirak ediblər.

Yekunda ölkənin mülki hava nəqliyyatında göstərdiyi xidmətlərinə görə “Azərbaycan Hava Yolları” QSC – nin prezidenti, Mühəndislik Akademiyasının həqiqi üzvü Cahangir Əsgərov Akademiyanın “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub.

Akademik Roald Saqdeyev ölkədə kosmik sahədə faydalı əməkdaşlığına, Azərbaycan ilə ABŞ arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsində və inkişafındakı xidmətlərinə görə akademiyanın “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif edilib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.