Suriya ilə sərhəddə olan Türkiyə ordusuna, lazım gəlsə heç bir təlimat gözləmədən vurun - əmri verildi. Bu sözləri AKP Mərkəzi Qərar İcra Qurulunun üzvü Salih Kapusuz deyib. Partiyasının təşkil etdiyi iftar proqramında çıxış edən Kapusuz müvəqqəti hökumət kimi görünsələr də daimi hökumət kimi işlədiklərini deyib. “Müvəqqəti hökumət kimi görünsək də daimi hökumətin alması zəruri olan bütün qərarları vermək, nöqtə-nöqtə hər işi təqib etmək üçün lazımlı tədbirləri görməyə davam edirik.” Bu çərçivədə Suriya ilə sərhəddə olan Türkiyə Silahlı Qüvvələrinə (TSK) təlimat verdiklərini deyən Salih Kapusuz dərdlərinin millətin dəyərlərinə layiq olmak olduğunu deyib: “O bölgədə Türkiyənin ziyanına olacaq kimi bir hadisə olsa təlimat qaydalarını dəyişdirdik. “Lazım gəlsə vuracaqsınız, heç bir təlimata ehtiyac hiss etməyəcəksiniz” – dedik. Əlbəttə biz macəraçı deyilik. Amma ölkəsinə, millətinə, ləyaqətinə, şərəfinə sahib çıxmaq bu millətin özündə var. Bu milləti təmsil edən AKP-nin tək bir dərdi var, millətin dəyərlərinə layiq olmaq.” Cia.az
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.