banner
banner

Gündəm

Dilqəm yenə sınmadı

Dilqəm yenə sınmadı

Ermənistan ordusunun girov götürdüyü və ömürlük həbsə məhkum edilmiş Dilqəm Əsgərov işğalçı rejimin rəhbərliyindən əfv istəməyib. 
Bu barədə Ermənistan mətbuatına Dilqəmin vəkili Erik Beqlaryan bildirib. “Əvf barədə müraciət təqdim edilməyib, çünki Əsgərov belə bir istək bildirməyib”,- deyə Beqlaryan vurğulayıb. 
2014-cü il iyunun 29-da doğulduğu Kəlbəcər rayonuna qohumlarının məzarını ziyarətə gedn zaman Rusiya vətəndaşı Dilqəm Əsgərov bununla da işğalçı rejimin təşkil etdiyi məhkəmə məzhəkəsi zamanı göstərdiyi dönməz xarakteri bir daha nümayiş etdirdi. Son qərarını 29 dekabr 2014-cü ildə vermiş "məhkəmə"də “Dağlıq Qarabağ Respublikası” adından hökm oxuyan işğal rejimi təmsilçilərinə Əsgərov belə bir dövlət tanımadığını vurğulamışdı. O, məhkəmə adı qoyulmuş bu tamaşanın ciddiyə almadığını da bildirmişdi. 

Dilqəm Əsgərovun bu addımı beynəlxalq hüquqa, insan haqları üzrə beynəlxalq konvensiyalara tam uyğun gəlir. Qohumlarının məzarını ziyarət üçün Kəlbəcərə getmiş Rusiya vətəndaşı Dilqəm Əsgərov, həmçinin Azərbaycan vətəndaşları Şahbaz Qulieyev və Həsən Şəsənov əslində quldur dəstəsi kimi fəaliyyət göstərən Ermənistan işğalçıları tərəfindən əsir götürülüb. Ermənistan hakimiyyət işğal ordusunun nəzarətində olan ərazilərə nə ad verirsə versin, hüquqi baxımdan bu ərazilər Azərbaycana məxsusdur və istənilən Azərbaycan vətəndaşı bu ərazilərdə sərbəst gəzə bilər. Həmin əraziləri qanunsuz olaraq ələ keçirmiş işğalçı Ermənistan ordusunun bu insanları girov götürməsi isə beynəlxalq cinayət sayılır. 

Təbii ki, Dilqəm Əsgərov bu addımı atsaydı işğalçı Ermənistan ordusunun törətdiyi cinayətlə barışmış kimi görünə bilərdi. Ermənistan işğalçılarının cinayətinin daha bir epizodu Həsən Həsənovun öldürülməsi ilə bağlıdır. Ermənilər Həsəni İrəvan sakini, erməni zabiti Sarkis Abramyanın ölümündə günahlandırırlar. Halbuki, erməni mətbuatını izlədikdə başqasının nikahlı arvadı Karine Davtyanla Kəlbəcərə sevgi səyahətinə çıxmış Sarkis Abramyanın qısqaclıq zəminində öldürüldüyünü anlamaq olar. 

Qeyd edək ki, Qırmızı Xaç Komitəsinin nümayəndələri bir neçə gün öncə Kəlbəcərli girovlara baş çəkib. Ermənilərin əlində saxlanılan azərbaycanlı girov Dilqəm Əsgərov qardaşına məktub ünvanlayıb. Qardaşı Sahib Əsgərovun sözlərinə görə, Dilqəm məktubunda sağ-salamat olduğunu yazıb. “Vəziyyət həmişəki kimidir. Sağ-salamatam. Elə bir problemim yoxdur. Arada Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları mənə baş çəkirlər”.


D.Əsgərov qondarma rejimin "məhkəməsinə" gözübağlı gətirilib. 


Məhkəmə prosesi zamanı. Soldan birinci Dilqəm Əsgərov. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.