Bakının mərkəzində qadınlar arasında dava-dalaş olub.
1966-cı il təvəllüdlü Dadaşova Ceyrun Ənvər qızı 39-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, saat 16 radələrində Səməd Vurğun küçəsi 39 ünvanının qarşısında (Muzey Mərkəzinin arxası) Fəridə adlı qadın ona xəsarət yetirib. Şikayətçi qeyd edib ki, əvvəlcədən tanıdığı həmin qadın ona hücum edib və xuliqanlıq zəminində ona zərbələr endirib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.