İspaniyanın Zaraqoza vilayətində meşə yanğınları tüğyan edir. Yanğın əsasən, Byota, Pray və Asin şəhərləri ətrafında birki örtüyünə ciddi ziyan vurub. Yanğın nəticəsində azı 8 min hektar meşə sahəsi tamamilə yanaraq külə çevrilib. Ölkə rəsmiləri yanğın bölgəsinə yaxın yerləşən 1600 ailəni evindən təxliyə ediblər. Yanğınların qarşısını almaq üçün 500 yanğınsöndürən fəaliyyətə cəlb olunub. Bəzi bölgələrə avtomobillə getmək mümkün olmadığı üçün yanğınsöndürənlər alova helikopterdən müdaxilə edirlər. Bölgədə müşahidə olunan quru hava şəraiti və küləklər alovun qarşısını almaqda çətinliklər törədir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.