banner
banner

Hərbİ

Cəbhədə nə baş verir?

Cəbhədə nə baş verir?

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iri çaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 77 dəfə pozub.
Müdafiə Nazirliyindən Cia.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Barekamavan, Şavarşavan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Fərəhli və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Şuraabad, Kəngərli, Sarıcalı, Yusifcanlı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Şənbə günü gecə saatlarında Qarabağda - işğal altında olan ərazilərdə güclü atışma olub. ANS PRESS-in məlumatına görə, gecə saat 01:30 radələrində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma zamanı bir erməni əsgəri güllə yarası alıb. Ötən gün Laçında qəza nəticəsində iki erməni hərbçisi ölüb. Bu gün səhər saatlarında isə daha bir erməni əsgərin ölüm xəbəri yayılıb. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.