Sağlamlığımızın keşiyində duran ən faydalı meyvələrdən biri olan limonu hər gün yemək lazımdır. Mütəxəssislər bildirirlər ki, şəfa anbarı olan limon gündəlik qida menyumuzda mütləq yer almalıdır.
Bəs niyə? Limonun ən əhəmiyyətli 6 faydasını təqdim edirik. Bu faydalarını öyrəndikdən sonra onu süfrənizdən əskik etməyəcəksiniz. 1.Arıqlamağa kömək edir Limonun tərkibindəki "pektin" adlı liflər insanın uzun müddət tox qalmasına səbəb olur. Pektin həddən artıq yeməyə mane olduğundan qısa müddətdə ideal çəkiyə qovuşmağa kömək edir. Limon həm də detoks effekti verir. Bədəni bütün toksinlərdən təmizləyir. 2. Kalium anbarıdır Limon kaliumla zəngin meyvədir. Kalium insan sağlamlığı üçün ən vacib minerallardan biridir. Belə ki, kaliumun ürək sağlamlığını qoruduğu, sinir sisteminə yaxşı təsir etdiyi, yuxu problemlərini aradan qaldırdığı aparılan tədqiqatlar nəticəsində sübuta yetirilib. 3. Xərçəngin qarşısını alır Limon antioksidant və C vitamini ilə zəngin olduğu üçün xərçəng xəstəliyinə tutulma riskini azaldır. 4. İmmunitet sistemini gücləndirir Bu meyvə minerallarla və vitaminlərlə zəngin olduğu üçün immunitet sistemini gücləndirməyə qadirdir. Ona görə də, limon soyuqdəymənin və qripin düşməni hesab edilir. 5. Enerji verir C vitamini bədənə enerji verir. Limon C vitamini ilə zəngin olduğu üçün stressin təsirlərini azaldıb, insanı gümrahlaşdırır. Limon həm də, depressiyaya düşmə riskini azaldır. 6. Boğaz ağrısını aradan qaldırır Limon boğaz ağrısını kəsən ən güclü vasitə hesab edilir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.