banner
banner

Hərbİ

Çindən Dağlıq Qarabağ çağırışı

Çindən Dağlıq Qarabağ çağırışı

Çin Xalq Respublikası ümid edir ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri sakitliyi saxlaya biləcək və təmkinlilik göstərə biləcəklər.

Trend-in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Hong Lei mətbuat konfransı zamanı Azərbaycanın hava məkanını pozan Ermənistann Silahlı Qüvvələri helikopterinin vurulması ilə bağlı suala cavabında bildirib.

Hong Lei deyib: “Ümid edirik ki, vəziyyətin daha da gərginləşməsindən yayınmaq, münaqişənin konsultasiya və dialoq yolu ilə həllinə nail omaq üçün tərəflər sakitliyi qoruyub saxlaya və təmkinlilik göstərə biləcəklər. Ümid edirik ki, ATƏT-in Minsk qrupu kimi müəyyən mexanizmlər bu istiqamətdə konstruktiv rol oynayacaq”.

Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistana məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.