Osman Gündüz: “Çox güman ki, bu nasazlıq texniki məsələlərlə bağlı olub”
Bir neçə gündür ki, Azərbaycanda səs, mətn və videogörüntünü təmin edən “Skype” internet proqramının fəaliyyətində ciddi problemlər yaranmağa başlayıb. “Proxy” proqramları vasitəsilə “Skype”dan maneəsiz istifadə etmək mümkündür. Maraqlıdır ki, bu problem günorta saatlarından Azərbaycandakı əksər internet provayderlərinin şəbəkəsində müşahidə olunub.
Həmçinin bildirilir ki, proqrama daxilolma uğurla həyata keçibsə, sonrakı mərhələdə - proqramın işində problem əsasən yaranmır. Lakin veb-brauzer vasitəsilə login.skype.com səhifəsinə daxil olmaq mümkünsüzdür və bu, proqramın istifadəsinin məhdudlaşdırıldığını göstərib. Xatırladaq ki, bir sıra ölkələrdə “Skype” vasitəsilə bir çox ekspertlər danışdırılır, müsahibələr alınır.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bu problemin müvəqqəti texniki bir problem olduğunu dedi: “Mən ”Skype" testdən keçirdim.
“Skype” daxil olmaqda, zəng etməkdə və mesaj göndərməkdə hansısa bir problem yoxdur. Çox güman ki, bu nasazlıq texniki məsələlərlə bağlı olub. Mənim ilkin müşahidəm ondan ibarətdir ki, mən “Skypedən istifadə etdim və orada hansısa məhdudiyyət görmədim”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.