Noyabrın 12-də Azərbaycan ordusunun cəbhə xəttində məhv etdiyi Ermənistana məxsus Mİ-24 döyüş vertolyotundakı pilotların taleyini aydınlaşdırmaq üçün Bakı ilə İrəvan arasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə danışıqlar aparılır.
Modern.az saytı xəbər verir ki, bu barədə xarici KİV-ə “Qırmızı Xaç”ın Ermənistandakı nümayəndəliyinin rəhbəri Zara Amatuni bildirib.
Lakin o, danışıqların nəticələri barədə məlumat verməkdən imtina edib:
“Noyabrın 13-dən tərəflər arasında dialoq aparılır. Danışıqların əsas məqsədi hərbi vertolyotdakı pilotların taleyini müəyyən etməkdir. İndiki məqamda danışıqlar bütün maraqlı olan tərəflərlə aparılır. İrəvanla daimi əlaqə var, Bakı ilə danışıqlar aparılır. Nəticə əldə olunması üçün müvafiq işlər aparılır”.
Azərbaycan ordusu noyabrın 12-də cəbhənin Ağdam istiqamətində təmas xəttini keçərək mövqelərimizi atəşə tutan Ermənistana məxsus Mi-24 hərbi təyyarəsini 3 pilotla birlikdə məhv edib.
Təmas xəttindəki neytral əraziyə düşən helikopterdəki pilotların meyitlərini oradan çıxarmaq mümkün olmayıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.