banner
banner

İdman

“Təzyiqlərə hazır olmalıyıq”- Gürcü baş məşqçi

“Təzyiqlərə hazır olmalıyıq”-

Tiflis "Dinamo"sunun baş məşqçisi Georgi Gequçadze sabah "Qəbələ"yə qarşı baş tutacaq Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutcaq qarşılaşmadan əvvəl mətbuat konfransı keçirib. 

Gürcü mütəxəssis şansların bərabər olduğunu qeyd edib.

 "Əminəm ki, sabah hər iki komanda üçün çətin oyun olacaq. İlk oyunda qeydə alınan nəticə hər komandanın şanslarını bərabər saxlayır. Təəsüf ki, Çanturiya və Qvelisiani sabah forma geyinə bilməyəcəklər".

- Sizcə, həlledici rolu hansı məqam oynayacaq?

- Hansı komandanın futbolçuları daha çox xarakter nümayiş etdirə bilsələr, onlar da qalib gələcək.

- 2-ci hissədə azlıqda qalan "Dinamo" 2 qol vuraraq, xarakterini ortaya qoydu.

- Həmin oyunu unutmuşuq. Biz sabahkı görüş barədə düşünürük.

- Sabah stadion ağzına kimi dolacaq. Oyunun nəticəsinə bu, təsir göstərəcəkmi?

- Əlbəttə, gənc futbolçularıma bu, təsir edə bilər. Ancaq yetirmələrimlə bu barədə danışmışam. Peşəkar olmaq istəyirlərsə, mütləq bu cür təzyiqlərə hazır olmalıdırlar.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.