Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendre Modiyə yoqa ilə məşğul olmaq üçün öz idman hazırlığı səviyyəsini qiymətləndirəcəyinə dair söz verib.
Cia.az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, V.Putin bildirib ki, “yoqa ilə peşəkar şəkildə məşğul olanlara baxanda belə mükəmməlliyə çatmağın qeyri-mümkünlüyü barədə düşünürsən və bu, səni dayandırır”.
O, Rusiyada Hindistan mədəniyyətinə marağın böyük olduğunu diqqətə çatdırıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.