banner
banner

İdman

“Neftçi” səfərdə, “Qəbələ” və “İnter” evdə- Avroliqa həyəcanı

“Neftçi” səfərdə, “Qəbələ” və “İnter” evdə-

Bu gün UEFA Avropa Liqasında 1 təsnifat mərhələsinin görüşləri keçiriləcək. Cia.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli turnirində təmsil edən 3 komandada meydana çıxacaq. 

 

3 təmsilçimizdən biri – “Neftçi” səfərdə meydana çıxacaq. “Ağ-qaralar” Monteneqro paytaxtı Padqoritsada ilk oyunda 2:2-lik bərabərlik etdiyi “Mladost”la üz-üzə gələcək. Görüş Bakı vaxtilə saat 23:30-da başlayacaq.

Səfərdə Gürcüstanın “Dinamo” (Tbilisi) klubuna 1:2 hesabı ilə uduzan “Qəbələ” bu dəfə doğma azarkeşlər önündə meydana çıxacaq. Bu matçın start fiti saat 21:00-da veriləcək.

Albaniyada “Laçi” klubu ilə 1:1-lik heç-heçə edib vətənə sərfəli nəticə ilə dönən “İnter” də evdə oynayacaq. Bu qarşılaşma da saat 21:00-da başlayacaq. 

Avropa Liqası

Birinci təsnifat mərhələsi

Cavab oyunu, 9 iyul

 

23:30. “Mladost” (Monteneqro) – “Neftçi” (Azərbaycan)

Hakimlər: Kevin Klensi, Alastair Mazer, Stüart Yan Makmillan, Brayan Kolvin (hamısı Şotlandiya)

Podqoritsa. Şəhər stadionu

İlk oyun – 2:2

 

21:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tiflis, Gürcüstan)

Hakimlər: Amori Deleru, Loran Stien, Mişel Annonye, Sebastyan Moreyra (hamısı Fransa)

Qəbələ. Şəhər stadionu

İlk oyun – 1:2

 

21:00. "İnter" (Azərbaycan) - "Laçi" (Albaniya)

Hakimlər: Aleksandr Əliyev, Sergey Vassyutin, Samat Terqussizov, Denis İzmaylov (hamısı Qazaxıstan)

Bakı. “İnter Arena” stadionu

İlk oyun – 1:1

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.