banner
banner

Sosİal

Müəllimlərin maaşı ilə bağlı- Yeni qayda + Video

Müəllimlərin maaşı ilə bağlı-

İllərdən bəri adət edilmiş bir qayda var ki, işçilərin statusu eynidirsə maaşları da eyni olmalıdır. Ancaq artıq dünya bu köhnə baxışdan yeni sistemə keçir. Bu isə differensial, yəni hər kəsin fərdi bacarıqlarına görə verilən əmək haqqıdır. Bu yeni yanaşmadan Azərbaycanda bir çox qurumlar artıq istifadə edir. Ancaq ən maraqlısı isə budur ki, bu müasir yanaşma artıq təhsil sistemində də var. 

 

İnsanların əməyinin qiymətləndirilməsi fərdi qaydada aparılır, daha səmərəli çalışan işçiyə daha yüksək əməkhaqqı verilir. Bu, differensial əməkhaqqı sistemi adlanır. Bir müddətdir Azərbaycanda da bir çox sahələrdə bu sistemdən istifadə olunur.

Differensial əməkhaqqı sisteminin Azərbaycanda təhsil sistemində də tətbiqinə başlanıb. Dövlət İqtisad Universiteti yeni əməkhaqqı sisteminin tətbiqi ilə müəllimlərin maaşında əhəmiyyətli dəyişikliyə nail olub.

Universitetin rektoru Ədalət Muradov yeni əməkhaqqı sisteminə xərclərə qənaət etməklə, universitetdə təmir-tikinti işlərini dayandıraraq bütün diqqəti pedaqoji heyətin stimullaşdırılmasına yönəltməklə keçdiklərini deyir.

Differensial əməkhaqqının hesablanması zamanı universitetdə vəsaitin 40 faizi təhsil fəaliyyətinə, 40 faizi elmi fəaliyyətə, 20 faizi isə şəxsin özünün inkişaf etdirməsinə hesablanır. Müəllimlərdən başqa, universitetdə 600 baldan yuxarı nəticə göstərməklə daxil olan tələbələrə də differensial qaydada yanaşma tətbiq ediləcək.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.