banner
banner

Sosİal

Torpaq Komitəsinin işçiləri ixtisar edilir

Torpaq Komitəsinin işçiləri ixtisar edilir
Bu il fevralın 5-də Prezidentin fərmanı ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilsə də, işçilərin əksəriyyəti ixtisar edilib. 
Onların biri də Komitənin Gəncə Şəhər Rayonlararası Yerquruluşu İdarəsinin ixtisaslı mütəxəssisi Quliyev Fuad İldırım oğludur. O, Əmlak Məsələləri Dövlət Komitəsindən şikayətçidir.
O, 2013-cü il sentyabr ayının 1-dən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə Şəhər Rayonlararası Yerquruluşu İdarəsində 1-ci dərəcəli mühəndis vəzifəsinə qəbul olub. 
"Bu ilin fevral ayında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyi üçün mənim işlədiyim idarə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyinə verilib. İxtisaslı mühəndis olmağıma baxmayaraq məni işdən azad etdilər. Belə ki, 21.05.2015-ci il tarixdə mən ixtisara düşdüm",-deyə Fuad Quliyev bildirib. 
 
Onun sözlərinə görə, ixtisaslı mütəxəssis və məcburi köçkün olduğunun nəzərə alınması iddiası ilə dəfələrlə Əmlak Məsələləri Dövlət Komitəsi müraciət edərək, işə bərpa olunmasını istəyib.
 
"İxtisaslı mütəxəssis olduğum həmçinin məcburi köçkün olduğumu nəzərə almadan  dəfələrlə Respublika Əmlak Komitəsinə müraciət etməyimə baxmayaraq məni işlə təmin etmirlər. Odur ki ,xahiş edirəm həmin sahə üzrə ixtisaslı kadr olduğumu , Əmək Məcəlləsinin 78-ci maddəsini və Respublika Prezidentinin sərəncamına əsasən ilk növbədə Məcburi köçkünlərin  işlə təmin olunmasını nəzərə alaraq mənə köməklik edəsiniz .".  
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.