banner
banner

Sosİal

“Azərişıq” təmirə başladı

“Azərişıq” təmirə başladı

"Azərişıq" ASC-nin Qərb Regional Enerjı Təchizat və Satışı struktur tərkibinə daxil olan elektrik şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı məqsədi ilə əsaslı və cari təmiri işlərinə start verilib. 

Qurumdan Cia.az-a daxil olan məlumata görə, Qərb RETSİ-nin struktur tərkibinə daxil olan Gəncə, Göygöl, Samux, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa elektrik şəbəkələrinin hər birini qısa müddətdə ən keyfiyyətli və müasir vəziyyətə gətirilməsi qarşıya məqsəd kimi qoyulub. Gəncə şəhərində 35/6 kV-luq "Nizami" yarımstansiyasının tikintisi və avadanlıqların quraşdırlması işləri sürətləndirilib. Gəncə şəhərində tikintisi aparılan 35 kV-luq yarımstansiya binasının dizayn xüsusiyyətlərində yerli memarlığın bütün cəhətləri nəzarə alınıb. Həm qədim, həm də müasir binaların memarlıq incilərini özündə cəmləşdirən yeni binada ərazinin nəzarətdə saxlanılması üçün bütün texnoloji nəaliyyətlər tətbiq ediləcək. Bütün ekoloji standartlara uyğun olan yarımstansiyanın ətrafında da abadlıq işləri aparılır, floranın zənginləşməsi əsas şərt kimi nəzərdə saxlanılır. Yarımstansiyada 24 ədəd 35 kV-luq, 28 ədəd 6 kV-luq muasir tipli vakuum və elegaz açarlarla təchiz olunmuş kameralar,356 kV-luq hər birinin gücü 25 MVA olan iki ədəd transformatorun quraşdırılması nəzərdə tutulub. Qərb RETSİ xidməti ərazisinə daxil olan Gədəbəy rayonunda 110/35/10 kV-luq “Gədəbəy” yarımstansiyasının tikintisinin sürətli icrasına başlanılıb. Burda da ən yüksək texnoloji nailiyyətlərdən istifadə edərək avadanlıqların quraşdırılması nəzərdə tutulub. Daşkəsəndə isə 35/10kV-luq blok yarımstansiyanın quraşdırılmasına başlanılıb. Hazırda yarımstansiyanın təməli qoyulub və ərazi hasarlarla əhatələnib. Bunlardan başqa Qərb RETSİ üzrə qısa müddət ərzində 110 ədəd komplekt transformator məntəqəsi quraşdırılmış, onlardan 93 ədədi elektrik şəbəkəsinə qoşularaq istismara verilib. Keyfiyyətin artırılması üçün kabel xətləri və könəlmiş dayaqlar yeniləri ilə əvəzlənib. Təmir işləri zamanı 10 və 0,4 kV-luq yeni dəmir-beton dayaqlar basdırılmış, istismar müddətini bitirmiş və təhlükəli vəziyyətdə olan ağac və sınıq-salxaq beton dayaqlar yeni dəmir və dəmir-beton dayaqlarla əvəz edilib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.