“Ebola” xəstəliyinin tüğyan etdiyi Syerra Leonedə sayca yeddinci həkim təhlükəli virusun qurbanı olub.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Fritaun şəhərindəki “Hastings Treatment Center” xəstəxanasından bildirilib. “Həkim Maykl Karqbo bu gün səhər saatlarında keçinib”, deyə xəstəxananın nümayəndəsi bildirib. Məlumata görə, Karqbo ixtisasca dermatoloq olub və “Ebola”ya yoluxmuş xəstələrlə birbaşa təmasda olmayıb. Onun hansı şəraitdə virusa yoluxduğu məlum deyil.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.