“ASAN Xidmət”dən qovulan müavin haqda daha bir xəbər
Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan ASAN Xidmət sədrinin birinci müavini Rəşad Abbasovun Şəmkirin keçmiş icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovla qohumluq əlaqələrinin olduğunu yazmışdıq. Yazı çapa gedəndən sonra R.Abbasovun Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasovun oğlu olması haqda məlumat almışıq.
Qeyd edək ki, R.Abbasov bu ilin iyununa qədər tutduğu vəzifəyə 2012-ci il sentyabrın 7-də təyin olunmuşdu. Onun bu postdan daha yüksək vəzifələrə göndəriləcəyi gözlənilən idi. Lakin qəfil vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən bu qurumdan - ASAN Xidmətdən kiminsə prezidentin sərəncamı ilə vəzifəsindən azad olunması ilk dəfə baş verdi.
Bunun səbəbi açıqlanmasa da, bugünlərdə redaksiyamıza daxil olan məlumatda sədr müavininin işdən çıxarılmasının bəzi detalları haqda bilgi vardı. Belə məlum olurdu ki, R.Abbasovun tutduğu vəzifədən azad edilməsi Aslan Aslanovla əlaqəlidir. R.Abbasovun A.Aslanova sənədləşmə məsələlərində qeyri-rəsmi yardım etməsi onun tutduğu postla vidalaşmasına gətirib çıxarıb. Qaynağımız R.Abbasovla A.Aslanovun qohumluq əlaqələrinin olduğunu da demişdi. Bildirmişdi ki, R.Abbasov “Azərneftyağ” İstehsalat Birliyinin baş direktoru olmuş mərhum Ramiz Mirzəyevin kürəkənidir.
A.Aslanovun bacısı isə Ramiz Mirzəyevin həyat yoldaşıdır. Onlar yeznə-qayın olsalar da, münasibətləri gərgin olub. R.Mirzəyev dünyasını dəyişənə qədər onların gediş-gəlişləri belə olmayıb. R.Mirzəyev dünyasını dəyişəndən sonra A.Aslanovla onun ailəsi arasında yenidən münasibətlər yaranıb. Hətta 2012-ci ildə R.Abbasovun namizədliyinin irəli sürülməsində A.Aslanovun rolunun olması haqda da məlumat var.
R.Abbasovun A.Aslanova hansı sənədləri düzəltməkdə yardımçı olması haqda məlumat yoxdur. Amma belə ehtimallar var ki, R.Abbasov A.Aslanova 2013-cü ildə tutduğu vəzifədən çıxarılandan sonra özünün və ailə üzvlərinin adına olan əmlakları digər şəxslərin adına rəsmiləşdirməkdə yardım göstərib...
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.