İraq Şam İslam Dövləti (İŞİD) Misirdə yerləşən piramidaları və Sfinksin heykəlini yıxacağını deyib. Cia.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, qanlı təşkilatın lideri Əbu Bəkir əl-Bağdadi bunun "dini vəzifə" olduğunu deyib. İngilis müsəlman aktivist Ancem Çoudri "Misirdə xilafət rejimini qurduqdan sonra nə piramidalar, nə Sfinks, nə də bütlər qalacaq" deyib.
Bir müddət əvvəl küveytli İbrahim əl-Kandari də bu tikililərin dinə zidd olduğunu demişdi: "Bunların indiyə qədər müsəlmanlar tərəfindən yıxılmaması o demək deyil ki, yıxıla bilməz". Qeyd edk ki, adı çəkilən tarixi tikililər Misir üçün əsas turizm gəlir mənbəyi olmaqla yanaşı, həm də UNESCO-nun Dünya İrsinə daxildir.
Xatırladaq ki, İŞİD bundan əvvəl Suriyada yerləşən qədim şəhər Palmiranı da dağıtmışdı.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.