Bu oyunun nəticəsi qeydi-adi idi. Artıq futzalda da kiçik möcüzələr baş verir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Slovakiyanın “Slov-Matik” klubunun baş məşqçisi Yan Yanik deyib.
Mütəxəssis UEFA kubokunun elit-raundunun Naxçıvan “Araz”ı ilə oyunundakı 4:3 hesablı qələbəyə şərh verib: “Biz “Dördlər finalı”nın iştirakçısı olan komandaya qalib gəldik. Azərbaycan çempionunun heyətində xeyli sayda braziliyalılar var. Onların iddialı, böyük hədəfləri olan komandaya malikdi. Biz isə onlara qalib gələ bildik. Bunun üçün çox xoşbəxtik. İlk yarıda əla müdafiə olunub, qol vurduq. Fasilədən sonra böyük təzyiqlə üzləşdik. Bu da nəticəsini verdi. Düşünürəm ki, istəyimizə çatdıq. Etiraf edim ki, bəxtimiz də gətirdi. Qapıçımız və dirəklər dəfələrlə bizi xilas etdi”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.