banner
banner

Sosİal

Yanan binanın qarşısında etiraz- “Qəpik də almamışıq”+Video

Yanan binanın qarşısında etiraz-

Mayın 19-da Azadlıq prospektində yanan binada zərərçəkən 12 nəfər hələ də onlara dəyən ziyana görə kompensasiya ala bilməyiblər. 

Cia.az xəbər verir ki, bu haqda AzadlıqRadiosuna onlar özləri məlumat verib.

Zərərçəkənlərdən 10 nəfərin avtomobilinə yanğın zaman xətər dəyib. Daha iki nəfərin isə obyekti - internet klub və inşaat malları mağazası hadisə zamanı zərər görüb.

Aksiyaçılar  onlara dəyən maddi ziyanın ödənməsi üçün icra hakimiyyətindən tutmuş prezidentə və onun xanımına qədər müraciət etdiklərini bildiriblər. Amma bu günədək cavab almadıqlarını deyirlər. Zərərçəkənlər yaxın günlərdə aksiya keçirməyi düşünürlər.

Mayın 19-da Bakının Binəqədi rayonu Azadlıq prospektində 16-mərtəbəli binada baş verən yanğında 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Açılan cinayət işi üzrə 6 nəfər həbs olunub.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.