banner
banner

İdman

Dünya çempionatının nəticələrində dəyişiklik

Dünya çempionatının nəticələrində dəyişiklik

Daşkənddə güləş üzrə böyüklər arasında keçirilmiş dünya çempionatının nəticələrində dəyişiklik baş verib.

Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən xəbərə görə, sərbəst güləş yarışlarında 97 kiloqram çəki dərəcəsində bürünc medal qazanmış Türkiyə təmsilçisi Şamil Erdoğanın qadağan olunmuş preparatlardan istifadəsi bir neçə mərhələli yoxlamalardan sonra təsdiqini tapıb.

Bununla əlaqədar Dünya Güləş Birliyi Şamil Erdoğanın iki il müddətinə oyunlardan kənarlaşdırılmasına, onun qazandığı medalın Kuba güləşçisi Javier Kortinaya verilməsinə qərar verib.

Bu qərar komanda hesabında ölkələrin sıralamasına da təsir edib. Türkiyə yığmasının hesabından bürünc medalın silinməsi dünya çempionatını dördüncü sırada tamamlayan sərbəst güləş millimizin bir pillə irəliləməsinə səbəb olub.

Beləliklə, Daşkənddə keçirilmiş dünya çempionatını 1 qızıl (Hacı Əliyev, 61 kq) və 1 gümüş (Xetaq Qazyumov, 97 kq) medalla başa vuran sərbəst güləşçilərimiz komanda hesabında Rusiya və İrandan sonra 36 xalla üçüncü yerdə qərarlaşıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.