Polşada 150 nəfər sintetik dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Zəhərlənənlər arasında bir neçə nəfərin vəziyyəti ağırdır. Zəhərlənmə hallarının əksəriyyəti Katovitse şəhərində baş verib. Hökumət sözügedən dərmanı iyul ayının əvvəlində qadağan olunmuş preparatlar siyahısına daxil edib. Lakin indiyə kimi dərmanın satışı təşkil olunub.
Polis sintetik maddənin yayılmasında şübhəli bilinən 3 nəfəri saxlayıb.
Təqsirləri sübuta yetiriləcəyi təqdirdə onları 10 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.