banner
banner

Dünya

Hərbi kazarmada ölü sayı 13 oldu

Hərbi kazarmada ölü sayı 13 oldu

Rusiyanın Omsk şəhərindəki hərbi kazarma binasında hərbi kazarma binasında uçqundaölənlərin sayı sürətlə artır. Regionun xilasetmə xidmətinin nümayəndəsi baş vermiş hadisə nəticəsində dağıntılar arasından 13 nəfərin cəsədinin aşkarlandığını bildirib. Hadisə baş verdikdən sonra ilk dəqiqələrdə 17 nəfəri xilas etmək mümkün olub.
İlkin məlumata görə, 11 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olub. 
Omsk şəhərinin Svetlı qəsəbəsində yerləşən hərbi kazarmanın 4 mərtəbəli təlim korpusunun bir bölümünün damı və divarın bir hissəsi gecə saatlarında uçub. Qəzaya nəyin səbəb olduğu məlum deyil. 


Kazarmanın uçan binası




Axtarışlar səhər saatlarında da davam edib. 
Həmin an binada olan 337 nəfərdən 45-i dağıntılar altında qalıb. Hazırda 22 nəfərin xilas etmək mümkün olub. Onların əksəriyyəti ağır və çox ağır vəziyyətlərdə xəstəxanalara çatdırılıb. 10 nəfərin taleyi isə hələ də məlum deyil.

Hərbi kazarmanın uçması faktı ilə bağlı "Səhlənkarlıq" maddəsilə cinayət işinə başlanıb. Faktla bağlı araşdırma aparılır. Hadisənin araşdırılması üçün Moskvadan Omska Müdafiə Nazirliyinin xüsusi komissiyası da cəlb olunub


Xilasetmə işlərinə təlim görmüş itlər də cəlb edilib. 




Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.