banner
banner

İdman

“Qarabağ” “Rudar”a qarşı

“Qarabağ” “Rudar”a qarşı

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları davam edir.
Cia.az-ın məlumatına görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” bu gün ilk oyununa çıxacaq.
Qurban Qurbanovun komandası doğma meydanda Monteneqro çempionu “Rudar”ı qəbul edəcək.
Tarixində ikinci dəfə Çempionlar Liqasında iştirak edən Ağdam təmsilçisi ən azı ötənilki uğurunu təkrarlamaq niyyətindədir. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyən və hakim haqsızlığı ilə üzləşərək mübarizəni dayandıran komandamız yenidən azarkeşlərə  bu sevinci yaşada bilər. Bunun üçün isə “atlılar” ilk növbədə “Rudar”ı keçməlidir. “Qarabağ” bugünkü matçın favoriti hesab olunur. Ancaq Monteneqro çempionunun rəqibinə asan təslim olmayacağını söyləmək olar. 
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:30-da başlayacaq.

15 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
21:30. “Qarabağ” (Azərbaycan) – “Rudar” (Monteneqro)
Baş hakim:
 Sebastyan Koltesku (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.