Cennifer Lopezdən arıqlamaq istəyənlərə məsləhət - video+fotolar
Müğənni Cennifer Lopez qadınlara yaxşı formada qalmaq üçün məsləhətini verib. 45 yaşlı ifaçı 10 həftəlik "BodyLab" proqramından danışıb: "Hər kəsi #BeTheGirl-ə qoşulmağa dəvət edirəm. Birlikdə biz bir-birimizə dəstək olar, səhvlərimiz üzərində işləyər, daha yaxşı olarıq. Mən nə vaxt yesəm, sən də ye, nə vaxt qaçsam, qaç. Bunun üçün mənim yeni layihəmə qoşulun. "BodyLab"ı hətta telefonlarınızdan da yükləyə bilərsiniz".
Qeyd edək ki, Cenniferin bu layihəsi sağlam həyat tərzi yaşamaq istəyənlər üçün əsl fürsətdir. Proqramda pulsuz məsləhətlər, reseptlər və məşq cədvəli var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.