banner
banner

Dünya

Üzünü açan qızı döyüb öldürdülər

Üzünü açan qızı döyüb öldürdülər

İŞİD teror qruplaşmasının qadın üzvləri Mosulda üzünü azacıq açan gənc qızı ölümcül döyüblər.

Geyim mağazasında mala baxmaq üçün üzünü azacıq açması qıza baha başa gəlib. Həmin zaman mağazada olan İŞİD-in "qadın gestaposu"nun üzvləri qızı ağır cəzalandırıb.

Əsasən qadınlardan ibarət bu qrup qadınlara işgəncə verməsiylə ad qazanıb. Mosulda at oynadan bu cəza dəstəsi qarşısına keçəni "şəriət qanunları" ilə cəzalandırması ilə ad qazanıb.

Mosul sakinlərinin sözlərinə görə, qız həmçinin yerli "dress-kod" stilində geymədiyinə görə cəzalanıb. İŞİD teror qruplaşmasının yerli əhali üçün qoyduğu qanuna görə, ərli qadınlar qara, subaylar ağ, boşanmış qadınlar mavi və dul qadınlar üçün yaşıl rəngli geyimlər nəzərdə tutulub. Möhkəm döyülən qız hadisə yerində ölüb.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.