banner
banner

Hərbİ

"Səbri tükənmiş xalq torpaqlarmızın tezliklə azad olunmasını tələb edir"

"Səbri tükənmiş xalq torpaqlarmızın tezliklə azad olunmasını tələb edir"
İyulun 15-dən Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Saken Jasuzakovla görüşüb.
Cia.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, ölkələrimiz arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrindən məmnunluq ifadə olunan görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrindəki əməkdaşlıq və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətlər, dövlətlərimizin regional təhlükəsizliyi məsələləri müzakirə olunub.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri vurğulayıb ki, ərazilərimiz hələ də işğal altında saxlanılır və səbri tükənmiş Azərbaycan xalqı torpaqlarmızın tezliklə azad olunmasını tələb edir.
Eyni zamanda, müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regiondakı sabitliyə təhlükə yaratdığını, problemin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.
Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq Silahlı Qüvvələrimizin, hərbi, müdafiə infrastrukturunun və sənayesinin yüksək səviyyədə inkişafını vurğulayaraq ölkəsinin bu təcrübədən istifadə edəcəyini deyib.
Sonra Azərbaycan-Qazaxıstan hərbi əlaqələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Qazaxıstan Respublikasının ölkəmizdəki hərbi attaşesi, polkovnik Almas Bazarbayev iştirak edib.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.