Milyarderin azərbaycanlı sevgilisinin lüks həyatı- Fotolar
Türkiyə mediasının gündəmində sevgili qalmaqallarında adı hallanan şəxslərdən biri də Ali Ağaoğludur.
Bu dəfə Ali Ağaoğlu yox, onun oğlu Alican Ağaoğlunun azərbaycanlı sevgilisinin lüks həyatı gündəmi zəbt edib. Bahalı maşınlar, Bakının mərkəzində yerləşən 5 ulduzlu hoteldə dairə, yaxtalar, brend geyimlər və.s kimi mal varlıqlarına sahib olan azərbaycanlı model Aysel Məmmədova sosial şəbəkədə fenomenə çevirilib.
Türkiyədə Alican Ağaoğlu ilə tanış olan, bir müddətdir sevgi münasibəti yaşayan həmyerlimiz Rusiyanın Moskva şəhərində daha çox tanınıb. O, müqavilə əsasında məşhur model agentliyi “Face of future” ilə çalışıb.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.